Güneydə ana dili problemi

Güneydə ana dili problemi
 

Paralel.az xəbər verir ki, Güney Azərbaycanın məktəblərində ana dilində təhsillə bağlı yeni kampaniya başladılıb.

Güney Azərbaycanda məktəblərdə ana dilində təhsilin tərəfdarları parlamentin təhsil komissiyasının sədrinə məktubla müraciət ediblər.

Onlar ana dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıblar.

Mövzunun tərbiyəvi və psixoloji tərəflərinə daha çox diqqət yetirilən məktubda ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil almasının olduqca çətin keçdiyi bildirilir.

Təbrizin “Azərəncümən” saytının verdiyi məlumata görə, məktub müəllifləri və onu imzalayanlar uşaqların psixoloji sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini və fars dili dərslərinin fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmasını istəyiblər.

0.099342107772827