Ermənistan xülyalardan qopa bilmir

Ermənistan xülyalardan qopa bilmir
 

Paralel.az xəbər verir ki, baş nazir Nikol Paşinyan bu gün qondarma qurumun rəhbəri Arayik Arutyunyanla görüşüb. Erməni mətbuatı yazır: “Görüşdə Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr ediləcəyini bildirib. Baş nazir məlum prinsiplər, o cümlədən xalqların öz müqəddəratını təyinetmə hüququ əsasında ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində danışıqlar prosesinin tam bərpasının vacibliyini bəyan edib. Onun söylədiyinə görə, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli və statusun dəqiqləşdirilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin qeyd etdiyi kimidir.

Artsax Respublikasının Prezidenti Qarabağ münaqişəsinin xalqın öz müqəddəratını təyinetmə hüququ əsasında siyasi həllinin davam etdirilməsinin vacibliyini bəyan edib”.

...Ermənistan hakimiyyətinin nəyə ümid etdiyi bəlli olsa da, onun hansı vasitəylə həyata keçirəcəyi bəlli deyil.

Nigar

0.032938003540039