Samvel Babayan: “Bu gün Qarabağda müharibə təhlükəsi yoxdur”

Samvel Babayan: “Bu gün Qarabağda müharibə təhlükəsi yoxdur”
 

Paralel.az xəbər verir ki, qondarma qurumun Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan yaxın dörd ildə müharibə təhlükəsinin olmayacağını söyləyib: “İnanıram ki, müharibə təhlükəsi olmayacaq, çünki Rusiya sülhməramlı qüvvələri 4 il Qarabağda olacaq. Müharibəyə başlamaq Rusiyaya qarşı müharibəyə başlamağa bərabərdir. Azərbaycan anlayır ki, müharibə olarsa, Rusiya ilə vuruşacaq. Amma bu dörd il ərzində güclü ordu formalaşdırmaq lazımdır.

Kommunikasiyalara gəlincə, ən yaxın 4-5 ildə yolların açıq olacağına şübhə edirəm. Çünki bu və ya digər şəkildə yolların çəkilməsinə vaxt lazımdır”.

Nigar

0.030822038650513