Artur Xaçatryan: “Paşinyan sabah deyəcək: Cermuk ərazisini verirəm, təki, müharibə olmasın!”

Artur Xaçatryan: “Paşinyan sabah deyəcək: Cermuk ərazisini verirəm, təki, müharibə olmasın!”
 

Paralel.az xəbər verir ki, erməni deputatı Artur Xaçatryan müharibə zamanı keçmiş prezidentlər, baş nazirlər, keçmiş müdafiə nazirləri və Baş Qərargah rəislərinin daxil olacağı hərbi-siyasi qərargah yaradılması təklifinin olduğunu söyləyib: “Amma o, naməlum səbəblərdən yaranmayıb. Yəqin ki, hakimiyyət ancaq müharibədə qalib gəlməməyi, kreslosunu necə saxlamağı düşünürdü. Nəticədə, hakimiyyət qaldı və biz Artsaxın 70 faizini itirdik.

Hökumət deyir ki, biz sərhədi demarkasiya və delimitasiya edirik, bunun üçün qoşunları çıxarırıq, bu proseslər başa çatandan sonra sonuncular geri çəkilməlidir. Əgər azərbaycanlıların heç bir strateji yolda olmağa haqqı olmadığı aşkar edilərsə, oradan getməyəcəkləri aydındır.

Yaxud bu nə deməkdir - Sünikin bir hissəsi verildi ki, müharibə olmasın. Sabah da hakimiyyət deyə bilər: müharibə olmasın deyə, Cermuk torpaqlarından imtina edəcəyik”.

Nigar

0.020840167999268