Hökumət rüsumların artırılmasını əsaslandırmağa çalışdı
Paralel.az xəbər verir ki, maliyyə nazirinin müavini Azər Bayramov dövlət rüsumlarının qaldırılmasının səbəbini aşağıdakı kimi açıqlayıb:
"Bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.
O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən infilyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub".
Qeyd edək ki, inflyasiya getdiyini anlamaq olar, amma "rüsumun maya dəyəri" deyəndə nazir müavini nəyi nəzərdə tutduğu anlaşılmır.
Akif Nəsirli