Telefonların ilkin qeydiyyat rüsumu qaldırıldı

Telefonların ilkin qeydiyyat rüsumu qaldırıldı
 

Paralel.az xəbər verir ki, Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan yeni dövlət rüsumları aşağıdakı kimi placaq:

Dəyişikliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.
Akif Nəsirli

0.072947025299072