Südçülük sovxozunda asfaltsız yolları
Paralel.az xəbər verir ki, Xəzər rayonu, Zirə qəsəbəsində Südçülük sovxozu adlanan ərazidə illərdir ki, küçələrdə nə asfalt örtüyü, nə zibil qutuları yoxdur.
Buradan keçən yol qəbiristanlıq istiqamətinə gedir. Yerli sakinlər deyir ki, taksi sürücüləri bu yola çıxmaqdan imtina edirlər. Soyuq mövsümdə yollarda gölməçələr yaranır və yollar tamamilə keçilməz olur.
Sakinlər qəbiristanlığa gedən yola asfaltın yox, ən azından çınqılın döşənməsini istəyirlər.
Ərazidə zibil qutuları yoxdur, zibil maşını da bura gəlmir. Şəxsi avtomobili olanlar zibilləri ən yaxın qutulara aparırlar. Qalanları zibilləri evin yanına atmağa məcbur olurlar.
Xəzər Rayon Zirə qəsəbə icra nümayindəliyinin rəsmisi Rasim Hüseynov qəsəbədə olan problemlərdən məlumatlı olduğunu deyib. O, bildirib ki, bəzi küçələrə artıq asfalt döşənib. Qəbirstanlıq tərəfə asfaltın döşənməsi mərhələli şəkildə nəzərdə tutulub.
İcra nümayəndəsi əlavə edib ki, qəsəbədə iməcilik günləri də təşkil olunur.
Akif Nəsirli