Qeyri-neft sektoru
Turizmin inkişafına mane olan nədir?
Paralel.az xəbər verir ki, Azərbaycanda qeyri-neft cektorunun-turizmin inkişafına mane olan əsas amillərdən biri də, göstərilən xidmətlərin qiymətlərə adekvat olmamasıdır. Azərbaycanın turizm sektorunda xidmətin keyfiyyəti çox aşağı olduğu halda, qiymətlər hətta Türkiyədən, Gürcüstandan və digər ölkələrdən çox bahadır və bu, insanları ölkəmizə səfər etməkdən çəkindirir. Bizim xidmət sektorunda çalışan sahibkarlarımızın az işləyib çox qazanmaq istəkləri, sonunda bu sektoru tənəzzülə apara bilər. Buna görə də, ölkəmizdə qeyri-neft sektorunun inkişafında xüsusi çəkisi olan turizmin bərqərar olmasına nəzarəti gücləndirmək lazımdır. Bazar iqtisadiyyatı, heç də anarxiya və xaos demək deyil.
Son zamanlar erməni işğalından azad olunan torpaqlarımızda bu istiqamətdə çox böyük işlər görülür. Bu işlərin eyni templə bütün ölkə üzrə həyata keçirilməsi üçün də, hökumət səviyyəsində xüsusi bir proqramın hazırlanmasına ehtiyac var. Çünki neftdən asılılığımız bitmədikcə, xalqımızın rifahının yüksəlişinə də nail ola bilməyəcəyik.
Buna görə də, iri turizm şirkəyləri ilə birgə, kiçik ailə turizminin də inkişafına yardım və dəstək vermək lazımdır.
Y.Seyid