Bahalaşmaya səbəb- rüsum və vergilər

Bahalaşmaya səbəb- rüsum və vergilər
 
Büdcə talanır, çatışmazlıqları isə qiymətləri artırmaqla kompensasiya etmək istəyirlər.
 
Paralel.az xəbər verir ki, rüsum və vergilərin yüksək olması, həm də infilyasiyanın artmasına səbəb olur. Təkcə, infilyasiyanınmı? Hər ilin sonunda əhali təşvişə düşür ki, yeni ildən qiymətlər artacaq.  Son iki ildə isə qiymət artımındakı stabillik pozuldu. Artıq qiymətlərin il boyu artdığınıni şahidi oluruq. Gələn ilin ilk günündən ölkəmizə gətirilən bir sıra məhsullara, əsas etibarı ilə avtomobillərə və mobil telefonlara görə alınan gömrük rüsumlarının miqdarının artırılması, ölkəmizdə infilyasiyanın, bahalaşmanın və heç şübhəsiz ki, ekologiyamızın çirklənməsinə də təsirsiz ötüşməyəcək.
Artıq müstəqil ekspertlər də etiraf edirlər ki, ölkəmizdə infilyasiyanı yaradan əsas amillər idxaldan asılılıq, rüsum və vergilərin yüksək olması, eyni zamanda rüşvət, korrupsiya, inhisarçılıq və məmur özbaşınalığıdır.
O ki qaldı manatın məzənnəsinin aşağı düşməsinə, nə qədər ki, yuxarıda qeyd etdiyimiz amillər mövcuddur, bu gün olmasa da, sabah manatın devalvasiyasının şahidi olacağımız da şəksizdir.
Yusif
0.026623010635376