«Əxilər»in (Qardaşlar) bazarı
Dini icma fəaliyyətdədir
Paralel.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin bacarmadığı bir işi, dini icma yüksək səviyyədə həyata keçirir.
Cümə günü yolum Ceyranbatan qəsəbəsinə düşmüşdü. Qəsəbədəki qələbəliyi görüb, səbəbiylə maraqlandım. Yerli sakinlər bildirdilər ki, bu gün cümə günü olduğundan «Əxilər» buraya ibadətə yığışıblar. Bu ərazidə olan ticarət obyektlərinin böyük əksəriyyəti onlara məxsus olduğu üçün, həmin gün burada, həm də nisbətən ucuz qiymətlərlə həftə bazarı təşkil edirlər. Onlar buradakı məsciddə ibadət edir, buradaca da bazarlıqlarını edib dağılışırlar. Qəsəbə sakini Tapdıq kişi deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin bacarmadığı işi, bunlar edirlər. Bunların bir icmaları var, icma başısı nə dedisə odur, onun sözündən kimsə çıxa bilməz. Ona görə də, belə mütəşəkkildirlər. Əhali ilə münasibətə gəldikdə isə heç bir problem yoxdur. «Əxilərin yarmarkası»ndan yerli sakinlər də yararlanırlar.
Bütün hallarda yaddan çıxarmaq olmaz ki, bu da təbliğatın bir formasıdır.
Yusif