Apple-dan daha bir yenilik gəlir

Apple-dan daha bir yenilik gəlir
 

Paralel.az-ın əldə etdiyi məlumata görə, Paşa Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov bu gün, 29 oktyabr tarixində bildirib ki, bankın "Apple Pay" ödəniş sistemi Azərbaycanda 2021-ci ilin noyabr ayının ortalarından həyata keçiriləcək.

O, həmçinin qeyd edib ki, Azərbaycanda Google Pay ödəniş sistemi bir ildən tez olmayaraq işə salınacaq.

Apple Pay mobil telefonunuzdan və digər Apple mobil cihazlarınızdan istifadə etməklə təmassız ödənişlər etməyə imkan verən Apple-ın mobil ödəniş sistemidir (elektron pul kisəsidir).

Google Pay, Google şirkəti tərəfindən hazırlanmış və Android əməliyyat sistemi altında işləyən mobil cihazlardan (smartfonlar, planşetlər və smart saatlar) elektron ödənişlər sistemidir. Google Pay kiçik radiuslu təmassız məlumat ötürmə NFC texnologiyasından istifadə edir.
A.Nəsirli

0.028971910476685