Seyran Ohanyan: “Hakimiyyət aprel döyüşləri ilə bağlı hesabatla tanış olmağa icazə vermir”

Seyran Ohanyan: “Hakimiyyət aprel döyüşləri ilə bağlı hesabatla tanış olmağa icazə vermir”
 

Paralel.az xəbər verir ki, keçmiş müdafiə naziri Seyran Ohanyan “parlament komissiyasının 2016-cı il aprel müharibəsi ilə bağlı hesabatın materialları ilə tanış olmağa icazə verilməməsi” məlumatını təsdiqləyib.

Ohanyan deyib ki, o, Müdafiə Nazirliyində bütün problemləri müəyyən edən və vəziyyətin təhlilini təqdim edən komissiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Xəbərə görə, bu məlumatların sahibi elə eks-müdafiə naziridir və əslində bu sənədlərdə onun üçün heç bir sirr yoxdur: “Mən komissiyanın hesabatı ilə tanış olmağa icazə almaq üçün sənədləri təqdim edənlərdən biri olmuşam. Baxmayaraq ki, mən daha çox şey bilirəm.

Hakimiyyətin bu iş tərzini yanlış hesab edirəm, çünki parlamentarilər iş materialları ilə tanış olmalı və Konstitusiyanın tələbinə görə, icra hakimiyyətinə nəzarət etməlidirlər”.

Nigar

0.029232978820801