Mərkəzi bankın şefi yenə "baş altına yastıq qoydu"

Mərkəzi bankın şefi yenə
 

Paralel.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkədə yenidən devalvasiya olacağı barədə fikirlərə münasibət bildirib:

"Biz medianı izləyirik. Mənə də maraqlıdır ki, belə başlıqlarla yazılan xəbərlər haradan yaranır. Bu iddiaların heç biri peşəkar şəxslərin deyil. Mövcud makroiqtisadi şərait iqtisadi inkişafı dəstəkləyir. Biz tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bildiyiniz kimi, beynəlxalq təşkilatlar neftin qiyməti proqnozunu əhəmiyyətli dərəcədə qaldırıb. Bu gün Milli Məclisdəki sənədlər İqtisadi Şurada müzakirə olunub. Manatın məzənnəsinə heç bir təhdid və təzyiq yoxdur. Əksinə, manatın məzənnəsinin möhkəmlənməsinin əhəmiyyətli təzyiqi var. Bu, bizim iqtisadi strategiyamıza uyğun deyil. Ona görə də ilin sonuna qədər bu təzyiqin azalması gözlənilir. Əhalini belə qeyri-professional yazılarla həyəcanlandırmaq lazım deyil. Mən hamını ciddi sosial məsuliyyətə dəvət edirəm".
Qeyd edək ki, 2014-cu il ərzində Elman Rüstəmov dəfələrlə manatın məzənnəsinin  sabit qalacağından əhalini əmin etsə də, 21 fevral və 21 dekabr 2015-ci il tarixlərində manat ciddi devalvasiyaya uğradı. Nəticədə manat dollara nisbətən 2 dəfədən çox ucuzlaşaraq 1 dollar  078 manatdan, 1 dollar 1,7 manat səviyyəsinə düşdü.
Akif Nəsirli

0.050514221191406