Taliban Rusiyadan peyvənd alır

Taliban Rusiyadan peyvənd alır
 

Paralel.az TASS-a istinadən xəbər verir ki, Taliban Əfqanıstana COVID-19-a qarşı Rusiya vaksinlərini tədarük etməkdə maraqlıdır

Taliban hərəkatının müvəqqəti hökuməti  Əfqanıstana Rusiya və ya digər vaksinlərin COVID-19-dan tədarükünü təmin etməyi xahiş edib.
TASS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Qələndər İbad bildirib: "Biz peyvəndi həm Rusiyadan, həm də [pandemiya ilə mübarizədə] bizə kömək etmək istəyən dünyanın hər hansı digər ölkəsindən almaqda maraqlıyıq".

O, əlavə edib ki, Əfqanıstan pandemiya ilə mübarizədə istənilən köməyi yüksək qiymətləndirəcək.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri avqust ayında ölkədə kəskin dərman çatışmazlığından danışıblar. Həmçinin, artan daxili miqrasiya və iğtişaşlar səbəbindən COVID-19-un yeni yayılma riski artıb.
Üstəlik, Əfqanıstan maliyyə çöküşü astanasında idi.
Akif Nəsirli

0.028117895126343