«Gözün aydın» millət!

«Gözün aydın» millət!
 
Nəqliyyatda gediş haqqı da artacar
 
Paralel.az xəbər verir ki, Tarif (Qiymət) Şurasının oktyabrın 16-da işığın və qazın qiymətinin artırılması barədə qərarı hələ son deyil. Metropoliten rəhbərliyi də, artıq bir neçə dəfə bəyan edib ki, metroda sərnişin daşımasının maya dəyəri artıb. Son bir ildə yanacağın, qazın, işığın da qiymətinin artdığını nəzərə alsaq, yerüstü nəqliyyatın da eyni addımı atacağı gözləniləndir. Həşəmətli hökumətimiz isə xalqımızın güzəranını nəzərə alaraq, neçə vaxtdır ki, bu çağırışları eşitmirdi. Amma yanvarın 1-dən pensiya, müavinat və təqaüdlərin artacağı barədə söhbətlər onun da qulağına çatıb. Bu isə o deməkdir ki, yanvarın 1- dən pensiya, müavinat və təqaüdlərin  20-40 faiz artırılması, heç də xalqın güzəraninin yaxşılaşdırılması üçün atılan addım deyil. Yanvarın birindən artacaq xərclərin ödənilməsi üçündür.
Tanış bir ekspertdən aldığım məlumata görə, metroda və yerüstü nəqliyyatda gediş haqqının artırılması məsələsi, yanvarın 1-nə qədər, artıq öz həllini tapmış olacaq.Yəni, ən azı bir ay artımı öz cibimizdə hiss edəcəyik, sonrası qalır Allaha!
Yusif
0.032117128372192