İşxan Saqatelyan Paşinyana: “İnsanları aldatmağa son qoy! Sıradan bir yalançı, böhtançı olduğunu bir daha sübut edəcəksən!”

İşxan Saqatelyan Paşinyana: “İnsanları aldatmağa son qoy! Sıradan bir yalançı, böhtançı olduğunu bir daha sübut edəcəksən!”
 

Paralel.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının vitse-spikeri İşxan Saqatelyan Paşinyanı xalqı aldatmağa son qoymağa çağırıb: “Oktyabrın 27-də Milli Məclisdə hökumət saatında baş kapitulyator mənim adımı çəkdi. O, oktyabrın 19-da parlamentdənkənar qüvvələrlə görüşünü bir daha xatırladaraq dedi: “Axı mən belə bir qiymətlə müharibəyə son qoymağa getdiyimi deyəndə, sizin nümayəndəniz nə, necə cavab verdi?”.

Mən oktyabrın 12 və 19-da parlamentdənkənar qüvvələrlə keçirilən görüşlərin, habelə “Daşnaksütyun” nümayəndələrinin Nikol Paşinyanla müharibə günlərindəki üç görüşünün tam protokolunun 24 saat ərzində ictimaiyyətə açıqlanmasını tələb edirəm. Bir daha deyirəm, bu məsələ tam açıqlansın, ondan sonra kimin kimə nə dediyini görəcəyik.

Paşinyan, insanları aldatmağı dayandır! Xalqımız hər şeyi öyrənməlidir. Bunu ictimailəşdirməsən, sıradan bir

yalançı və böhtançı olduğunu bir daha sübut edəcəksən”.

Nigar

0.020136117935181