Qriqoryan: “Azərbaycandan müsbət siqnallar gözləyirik”

Qriqoryan: “Azərbaycandan müsbət siqnallar gözləyirik”
 

Paralel.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan noyabrın 9-da Moskvada sənədlərin imzalanması məsələsini şərh edib: “Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə onun sonrakı demarkasiyası ilə başlamağa hazırıq və Azərbaycandan müsbət siqnallar gözləyirik.

Bizim mövqeyimiz bəllidir - Ermənistan və Azərbaycan silahlı qüvvələrinin Sotk-Xoznavar sektorundan çıxarılması və orada iki ölkənin sərhəd qoşunlarının yerləşdirilməsi. Bundan sonra delimitasiya prosesi başlayacaq. Amma noyabrın 10-dək hələlik belə bir şey planlaşdırılmır.

Dekabrda iki sənədlə bağlı məsələ də var - delimitasiya və regionda nəqliyyat-iqtisadi əlaqələrin açılması. Noyabrın 10-dan əvvəl baş verəcəyi güman edilən bəzi proseslərlə bağlı məlumatların yayılması isə cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıyır.

Delimitasiyanın hansı sovet kartları ilə aparılacağına gəlincə, Sovet İttifaqında sərhədlərin demarkasiyası 1925-26-cı illərdə başlayıb və 1929-cu ildə başa çatıb.

Sonradan hazırlanmış bütün sovet xəritələri o dövrün xəritələrinə əsaslanır, çünki onların hüquqi əsası var.

İşçi qrup bu gün prosesə haradan başlamaq və hansı kartları əsas götürmək barədə müzakirələr aparır”.

Nigar

0.025619983673096