Türkiyə Rusiyaya göndərilən məhsula qoyulan qadağaya münasibət bildirib

Türkiyə Rusiyaya göndərilən məhsula qoyulan qadağaya münasibət bildirib
 

Paralel.az xəbər verir ki, Türkiyə Rusiya tərəfindən naringi idxalının dayandırılması ilə bağlı məlumatlara münasibət bildirib. Xəbərə görə, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın naringi idxalını dayandırmasına sakit reaksiya verib: “Nazirliyimiz “Rospotrebnadzor”dan bu qərarla bağlı rəsmi bildiriş almayıb. Lakin anladığımız qədər bu, Türkiyədən Rusiyaya naringilərin bütün ixracına şamil edilmir. Bu, məhsullarında nəsə tapılan konkret şirkətdir. Bəzən belə olur, vəziyyət düzələnə qədər çatdırılmalar dayandırılır”.

Xəbərə görə, “Rospotrebnadzor” oktyabrın 29-dan etibarən, türk şirkətlərindən biri tərəfindən Rusiyaya naringi idxalının dayandırıldığını elan edib. Qeyd edilib ki, Chlorpyrifos pestisidinin konsentrasiyası sitrus meyvələrində icazə verilən maksimum həddi keçib.

Nigar

0.011897087097168