Azərbaycan Türkiyə qardaşlığı güclənir

Azərbaycan Türkiyə qardaşlığı güclənir
 

Düşmənlər bu birlik qarşısında dura bilməz

 Türklərin XIX əsrə qədər Avropa və Asiyanın şərq və qərbinə hakim olduğu tarixdən bəllidir. Hunların Avropanı fəthi, Səlcuq və Ocmanlı türklərinin Asiya, Avropa və Afrika qitələrində qurduğu böyük, on əsrdən çox davam edən imperiyaları, XI-XIV əsrlərdə monqolların bütün Asiyanı və Avropanın şərqini tutub yaratdığı Qızıl Orda dövləti və XIV-XVII əsrlərdə Azərbaycan dövlətinin Yaxın və Orta Qərbdə Anadoludan şərqdə Hindistana qədər tutduğu ərazilərdə Türk millətinin ədaləti hakim olub...

Müsəlmanların və Türklərin dünyada qurduğu kürəsəl ədaləti min fitnə-fəsad və hiylə ilə yıxmağa çalışan şeytan xristian dövlətlər XV-XVII əsrlərdə öz fitnəkar niyyətlərini həyata keçirmək hesabına çirkin arzularına çatdılar. Dünya xəritəsindən Türk-İslam ədalətini silmək üçün hərəkətə keçdilər. XX  əsrin əvvəlində Qərbin xristian dövlətləri Türk-İslam dünyasını parçalamağa müvəffəq oldular. Türkün möhtəşəm qalası olan Türkiyəni yer üzündən silmək üçün, hətta 7 xristian dövləti Çanaqqalada tarixi ölüm-qalım döyüşünə girdi, sonda böyük itki verərək geri çəkilməyə məcbur edildilər. Düşmənlər Türkiyəni işğal edib, onu dünya xəritəsindən silmək kimi məkrli arzularına çata bilmədilər...

Qərb və Avropanın xristian dövlətləri Çanaqalada Türkiyə ordusu tərəfindən ağır, sarsıdıcı məğlubiyyətə uğrasalar da, öz çirkin niyyətlərindən əl çəkmədilər. Xristianlar Türk-İslam dünyasını məhv etmək istiqamətində müxtəlif vasitələrdən istifadə etdilər. XXI əsrin əvvəlində ərəb ölkələrində inqilab dalğası yaratmağa müvəffəq oldular. Afrika və Asiyanın müsəlman ölkələrində qanlı hadisələr və müharibə ocaqları yaratdılar. İraqda, Suriyada, Əfqanıstanda Qərb dövlətlərinin hərbi əməliyyatları illərdir davam edir. Bu düşmənçilik prosesi hazırda da davam edir.

Türkiyənin cənubunda Suriya ilə sərhəddə müharibə ocaqları yaradan ABŞ və Avropa dövlətləri qardaş ölkəyə qarşı çirkin əməllərini davam etdirirlər...

Lakin son illər texniki nailiyyətlərlə güclənmiş Türkiyə ordusu Suriyada, Liviyada, Ağ dənizdə və İraqda türk və islam düşmənlərinə qarşı elə uğurlu hərbi əməliyyatlar həyata keçirdi ki, düşmənlər məğlub duruma düşdülər və Türkiyə ilə hesablaşaraq, geri çəkilmək zorunda qaldılar.

Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan düşmən Ermənistan üzərində keçən il qazandığımız böyük qələbədə Qardaş Türkiyənin mənəvi dəstəyinin həlledici amil olduğunu etiraf etməliyik. Türkiyə və İsraildən aldığımız ən yeni hərbi texnika Azərbaycan ordusuna düşməni 44 gün ərzində darmadağın etməyə imkan verdi...

Artıq son bir il ərzində Türkiyə - Azərbaycan - Pakistan dövlətləri hərbi güclərini birləşdirərək Türk - İslam dünyasının birliyinin nüvəsini yaradır və orta əsrlərdəkindən də güclü və qüdrətli TURANın yaranması istiqamətində uğurlu addımlar atırlar.

Türkiyə və Azərbaycan prezidentləri- Ərdoğan və Əliyev 26. 10. 2021-ci il tarixdə Füzuli hava limanının açılışını etməklə, Zəngilan-Zəngəzur dəmir və avtomobil yollarının təməlini qoymaqla "Bir millət iki dövlət" birliyini "Bir millət altı dövlət" birliyinə çevirmək istiqamətində böyük zəmin yaratdılar!

Artıq düşmən dövlətlər güclü Türk birliyi qarşısında geri çəkilməyə məcburdur...

 Tapdıq Abbas

0.024868011474609