Cəmiyyətin güzgüsü

Cəmiyyətin güzgüsü
 

Media məmurların təsirindən qurtulmalıdır

 Son zamanlar Azərbaycanda medianın fəaliyyətinə ciddi təsir göstərə biləcək çağırışlır səsləndirilir ki, bu da medianın inkişafına təsirsiz ötüşə bilməz. Məmurların sonu görünməyən talanlarının dövlətə xalqa vurduğu maddi mənəvi zərbələrin artdığı bir zamanda, medianın susdurulmasına edilən cəhdlər, heç şübhəsiz ki, əlində səlahiyyəti olan məmurların həmrəyliyinin təcəssümüdür. Məmur diktaturasının ən yüksək həddə olduğu bu məmləkətdə, medianın onların cinayət əməllərinə işıq salmasını bir çoxları həzm edə bilmir. Ələlxüsus da, öz əməlləri ilə insanların nifrətini qazanan məmurlar. Onlar hesab edirlər ki, medianı susdurduqları halda, onlara heç kim mane ola bilməyəcək. Amma anlamaq istəmirlər ki, onun əməlini açıq göstərən aynanı qırmaqla, özünü təmizə çıxarmaq mümkün deyil.

Deputatlarımızdan biri çıxıb parlamentin tribunasından bəyan edir ki, həkimlərin xəstəxanaların adını çəkərək tənqid edənlər üçün cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul edilməlidir. Yəni həkimlər xəstəxanalar istədiklərini edə bilirlər, amma jurnalist onları ifşa edərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Allahım, bu adamı kim deputat yapıb görəsən?

Təhsil Nazirliyinin təmsilçisi isə tam əksinə, şikayətçilərdən mediadan tələb edir ki, şikayət olunan məktəbin, yaxud müəllimin adı yeri barədə onlara məlumat verilsin. Bu nazirlik anonim şikayətlərə baxmır.

Bax belə, millət, "biri deyir yaz, biri deyir yazma".

Məhz bu səbəbdən , Azərbaycanda vətəndaşların ən çox şikayət etdiyi sahələr təhsil səhiyyədir. Onlar da müxtəlif yollarla mediadan öz əməllərini gizlətməyə çalışırlar.

Başqa bir məsələ, məmurların cinayət əməllərindən yazan jurnalistlərin peşəkarlığının şübhə altına alınmasıdır.

Bunu da əvvəlcədən diqqətinizə çatdırım ki, Ə.Həsənov, V. Səfərli, rütbəsiz «media kapitanları»nın formalaşdırdığı "jurnalistlər ordusu" heç bir zaman cəmiyyətə doğru-dürüst informasiya çatdıra bilməz. Çünki bu məmləkətdə heç kim doğrunu, reallığı görmək istəmir. Ona görə , ən peşəkar jurnalistlər o kəslər sayılır ki, yuxarıdan deyirlərsə, onu "quran ayəsi" kimi xalqa sırıya bilir. Jurnalist araşdırması, ortaya qoyulan faktlar, onları yazanın peşəkarlığı heç kimə lazım deyil.

Kütləvi İnformasiya Vasitələrinə Dəstəyi Fondunun süqutundan onun bazasında  Azərbaycan Respublikasının Medianın İnkişifı Agentliyi yarananda bir çox azad fikirli, müstəqil düşünmək qabiliyyətinə malik jurnalistlər hesab etdilər ki, nəhayət Azərbaycanda müstəqil medianın qara günləri sona çatdı. Amma görünəni odur ki, Ə. Həsənov V.Səfərli bu sahəni elə bir bataqlığa çeviriblər ki, MİA bir ilə yaxındır, onu təmizləməklə məşğuldu? 

Mən təcrübə mübadilələrinə pis baxmıram, amma Azərbaycanda jurnalist məmurdan asılı vəziyyətdədirsə, öz fikrini sərbəst ifadə etdiyi üçün təzyiqlərə məruz qalırsa, xaracdən gələn mütəxəssisin keçirdiyi treninqlərin digər tədbirlərin heç bir nəticəsi olmayacaq.

Prezident, Ali Baş Komandan İlham Əliyev heç kimin gözləmədiyi bir vaxtda Vətən Müharibəsinə qərar verməklə, 44 günə ermənilər üzərində möhtəşəm Qələbə qazanaraq, dövlət, ordu, xalqı vəhdətinin birliyinin nələrə qadir olduğunu həm daxili, həm xarici düşmənlərə açıq nümayiş etdirdi. Artıq, bu Qələbənin 1 ilik yubileyini qeyd etməyə hazırlaşırıq. Bu bir ildə düşmən tapdağından azad edilən Qarabağ torpaqlarda çox böyük işlər görülüb ki, bu da prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu bölgəyə xüsusi diqqətinin nəticəsidir. Qarabağ münaqişəsinin həlli bizim dövlətimizin xalqımızın qarşısında duran ən çətin problemlərdən biri sayılırdı ki, 30 ilə yaxın bir müddətdə həlli mümkün olmadı. Burada istər daxili, istərsə xarici amillərin xüsusi rol oynadığı da, heç kimə sirr deyil.

Bu gün mediamızı susdurmaq üçün dəridən, qabıqdan çıxanların böyük əksəriyyəti Qarabağ probleminin arxasında gizlənərək xalqı dövləti talamaq yolu ilə milyonlara sahib olanlardır.Artıq Qarabağ problemi yoxduq. Bu səbəbdən bir çox pərdələr qalxdıqca, kimin, kim olduğu ortaya çıxacaq. Məmurları narahat edən budur.

Dövlətdən xalqdan taladıqları milyonlar hesabına Ərəb şeyxləri kimi yaşamağa adətkar olan talançı məmurlar çetesi, artıq onların da sonunun çatdığını hiss edərək, daha da azğınlaşıblar öz əməllərini ört-bastır etmək üçün medianı susdurmağa çalışırlar. Azərbaycan məmurları heç cür anlamaq istəmirlər ki, 30 il davam edən bir münaqişəni Ali Baş Komandan 44 günə həll etdisə, onların bəd əməllərinin qarşısını az bir müddətdə ala bilər. Sadəcə, məmurların erməni olmadıqlarını (bəlkə er...) düşünərək, onların haqq yoluna gəlmələrini gözləyir. Səbr kasası daşdığı zaman həmin "Dəmir yumruq" "Demokl qılıncı" kimi, məmurların da başları üzərində görünəcək ondan heç kim qurtula bilməyəcək.

Prezident dəfələrlə çıxışlarında vurğulayıb ki, jurnalistlər mənim dostlarımdır, bilmədiyim bir çox şeyləri onların yazılarından öyrənirəm. Hesab edirəm ki, bu gün MİA da ilk növbədə prezidentə doğru-dürüst informasiya çatdıra biləcək media qurumları ilə işləməlidir. Çünki yalan yazan jurnalistlərlə məmurların heç bir fərqi yoxdur. Bunların hər ikisi reallığı prezidentdən gizlətməklə, ona "ayı xidməti" göstərmiş olurlar.

Onu da qeyd etmək istəyirəm ki, öz fəaliyyəti dövründə dövlətə xalqa qüsursuz xidmət göstərən məmur, heç zaman medianı susdurmaq üçün canfəşanlıq etməz. Medianı susdurmağa çalışan o məmurlardır ki, sözləri ilə əməlləri daban-dabana ziddir.

 Əgər biz Azərbaycan cəmiyyətinin inkişafını, xalqın rifahının yüksəlişini istəyiriksə, cəmiyyətin güzgüsü olan mediaya imkan verməliyik ki, düzü-düz, əyrini-əyri izhar edə bilsin. Buna qarşı gələn hər kəs, kimliyindən, vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmay          araq, qanun qarşısında öz əməllərinə görə cavab verməlidir. "Prezidentin etimad göstərdiyi məmur" ifadəsi, heç zaman onun qanunsuz əməllərinin ört-basdır edilməsi üçün meyar olmamalıdır. Bir şeyi anlamaq lazımdır ki, prezident etimad göstərmədiyi bir kimsəni vəzifəyə təyin etmir. Ən əsası, onun həmin vəzifədə ozünü necə aparmasıdır. Etimadı doğruldubsa, bu başqa məsələ, xalqın da ona hörməti artacaq, yox, prezidentə xəyanət edibsə, demək ki, xalqa da xəyanat edib. Bunun başqa adı yoxdur!

 Yusif Seyid

0.049130916595459