Bu gün şəhid polkovnik-leytenantın anım günüdür - FOTO

Bu gün şəhid polkovnik-leytenantın anım günüdür - FOTO
 

 

Bu gün Azərbaycanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğlunun anım günüdür.

Paralel.az xəbər verir ki, Telman Miriyev 1981-ci il iyulun 19-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 

Polkovnik-leytenant T.Miriyev Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

2016-cı ilin Aprel döyüşlərində iştirak edən T.Miriyev Lələtəpə yüksəkliyinin düşməndən azad olunması istiqamətində aparılan döyüş əməliyyatına rəhbərlik edib.

XTQ zabiti Telman Miriyev 2016-cı il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı həlak olub. Mərhum doğulub boya-başa çatdığı Cəlilabad rayonunda torpağa tapşırılıb. 

Qeyd edək ki, həlak olan XTQ zabiti polkovnik-leytenant Telman Miriyevə ölümündən beş il sonra şəhidlik statusu verilib.

 

0.01280403137207