Tanınmış idmançımız karyerasını bitirdi

Tanınmış idmançımız karyerasını bitirdi
 

 

Cüdo millimizin kapitanı Nicat Şıxəlizadə karyerasını bitirib.

Paralel.az-ın əldə etdiyi xəbərə görə, bu ay 33 yaşa adlayan idmançı 5-7 noyabr tarixlərində Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində də iştirak etməyəcək.

Dünya və Avropa mükafatçısı, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Şıxəlizadənin karyerasını bitirdiyini yaxın günlərdə elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin zabiti olan Nicat Şıxəlizadə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Menecment” ixtisası üzrə bakalavr dərəcəsini bitirib.

Səbuhi Musayev

0.058352947235107