Ərdoğan: “Füzulidən İstanbula gediş-gəliş olacaq”

Ərdoğan: “Füzulidən İstanbula gediş-gəliş olacaq”
 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Azərbaycana səfərindən bəhs edib.

“Haber Global” məlumat verir ki, Türkiyə lideri çox qısa zamanda Azərbaycanın seçilən ölkələr arasında yer alacağını bildirib.

Füzulidə Beynəlxalq Hava Limanının açılışından söz açan siyasətçi Azərbaycanda fərqli irəliləyiş olduğunu vurğulayıb:

“İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Hazırda bu yolların tikintisi istiqamətində işlər sürətlə davam etdirilir”.

0.060359954833984