Maşın və telefonun idxal rüsumları qalxacaq

Maşın və telefonun idxal rüsumları qalxacaq
 

Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir.

Dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.

Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
Rüsumların nə qədər qaldırılacağı hələ bəlli deyil. Amma müstəqil ekspertlərin fikrincə rüsumlar 10 faizə qədər qaldırıla bilər.
Akif Nəsirli

0.018027067184448