Yapon şahzadəsi tələbə yoldaşı ilə ailə həyatı qurub zadəgan statusunu itirdi - VİDEO

Yapon şahzadəsi tələbə yoldaşı ilə ailə həyatı qurub zadəgan statusunu itirdi - VİDEO
 

 

Yaponiya taxtının varisi Şahzadə Akişinonun qızı və imperator Naruhitonun qardaşı qızı Yapon şahzadəsi Mako bu gün tələbə yoldaşı Kei Komuro ilə rəsmi nikaha daxil olub.

Nikah mərasimi Tokio bələdiyyələrindən birində baş tutub.

Qeyd olunur ki, nikah mərasimindən sonra Mako şahzadə statusunu itirib və artıq sıravi Yaponiya vətəndaşı olaraq Mako Komuro ad və soyadını daşıyacaq.

Məlumatda həmçinin qeyd olunur ki, şahzadə və tələbə yoldaşı Komuronun toyu əvvəlcə 2018-ci ilin noyabrına planlaşdırılmışdı.

Lakin Komuronun ailəsindəki bir sıra maliyyə hesabatları ilə bağlı yaranmış mübahisələr toyun təxirə salınmasına səbəb olmuşdu.

Mənbə: TASS

0.018861055374146