Rusiyada yenidən koronavirusdan sutkalıq ölüm sayında antirekord

Rusiyada yenidən koronavirusdan sutkalıq ölüm sayında antirekord
 

 

Rusiyada koronavirusdan sutkalıq ölüm sayında növbəti dəfə antirekord qeydə alınıb.

Belə ki, ölkədə son 24 saatda koronavirusdan 1106 nəfər ölüb.

Bununla da pandemiya ərzində koronavirusdan ölənlərin ümumi sayı 232775-ə çatıb.

Qeyd edək ki, Rusiyada artıq 8 gündür ardıcıl olaraq sutkalıq ölüm sayı mini ötür.

Mənbə: TASS

0.044617891311646