30 kq arıqlayan aktrisa yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

30 kq arıqlayan aktrisa yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO
 

 

Son bir il ərzində ümumilikdə 30 kiloqramdan çox arıqlayan avstraliyalı aktrisa Rebel Uilson yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

Bununla bağlı kadrları o, özünün “Instagram” hesabından paylaşıb.

Fotoda 41 yaşlı məşhur çimərlikdə dekolteli çəhrayı kombinezonda görünür. Onun obrazını qəhvəyi papaq tamamlayır.

“Mənimlə gəl, görərsən”, şərhini yazdığı foto 80 mindən artıq bəyənilib.

Pərəstişkarları şərhlərdə aktrisanın görünüşündəki dəyişiklikləri yüksək qiymətləndiriblər.

“Gözəl! Siz məni sağlamlığıma diqqət yetirməyə ruhlandırdınız. Bunun üçün təşəkkür edirəm”,“ Vau, əla görünürsən!”,“ Arıqlamağı necə bacardın?”,“ Cadugərsən? Bu mümkün deyil! Gözəl!”,“ Rebel Uilson, əvvəllər də səni bəyənməyimə baxmayaraq, arıqlamağın nəticəsi ilə fəxr edirəm. Sənə uğurlar!” – deyə onlar şərh yazıblar.

0.043658018112183