Meydandan uzaqlaşdırılan Mourinyo öz hərəkətlərini şərh etdi - VİDEO

Meydandan uzaqlaşdırılan Mourinyo öz hərəkətlərini şərh etdi - VİDEO
 

 

“Roma” klubunun baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının doqquzuncu turunda “Napoli” ilə qarşılaşmada qırmızı vərəqə alaraq oyunu tribunadan izləmək məcburiyyətində qalıb.

Hadisə oyunun 82-ci dəqiqəsinə təsadüf edib.

Bununla belə, meydandan kənarlaşdırılan Mourinyo oyunçularına təlimatlar verməyə davam edib.

Portuqaliyalı mütəxəssis azarkeşlərdən biri tərəfindən çəkilən həmən anları öz “Instaqram” səhifəsində yerləşdirib və “Biletinizin olmamasına baxmayaraq, oyunu izləmək üçün fədakarlıq edərkən” şərhini yazıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Jose Mourinho (@josemourinho)

 

0.036871910095215