Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib
 

 

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

“Qələbə” dairəsində yolu keçən təqribən 45-50 yaşlı kişini avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin ağır dərəcəli travmaları diaqnozları qoyulub.

Yaralı komada olduğundan onun kimliyi hələ müəyyən olunmayıb.

Hadisənin təfərrüatı araşdırılır.

0.023964881896973