Türkiyədə maska taxmaqdan imtina edən sərnişin ona irad bildirən sürücüyə atəş açıb - VİDEO

Türkiyədə maska taxmaqdan imtina edən sərnişin ona irad bildirən sürücüyə atəş açıb - VİDEO
 

 

Türkiyənin Konya şəhərində ictimai nəqliyyat avtobusunun sürücüsü sərnişinlərdən biri tərəfindən silahlı hücuma məruz qalıb.

Qeyd olunur ki, dayanacaqda avtobusun salonuna maskasız daxil olan sərnişin sürücünün və sərnişinlərin təkidinə baxmayaraq nəqliyyat vasitəsini tərk etmək istəməyib.

Lakin bir müddət sonra nəhayət onu avtobusdan düşürmək mümkün olub. Qəzəbi soyumayan sərnişin taksiyə əyləşərək avtobusu qabaqlayaraq növbəti dayanacaqda təkrar eyni marşruta daxil olaraq sürücüyə silahdan atəş acıb.

Nəticədə yaralı sürücü avtobus dayandırıb və dərhal qapıları açaraq sərnişinlərin salonu tərk etməsinə imkan yaradıb.

Baş vermiş hadisənin bir neçə saniyəlik epizodu ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanları silahdan istifadə edən sərnişinin axtarışını aparır.

Mənbə: “Demirören Haber Ajansı” (DHA)

0.015964031219482