İntihar etdiyi deyilən şagirddən xəbər var

İntihar etdiyi deyilən şagirddən xəbər var
 

Paralel.az xəbər verir ki, Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.

Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, əvvəl gələn xəbərlərdə şagird intihar etdiyi deyilirdi.
Akif Nəsirli

0.010786056518555