Qələbə saatı

Qələbə saatı
 

Hekayə

"Döyüşə" əmri verildikdə tanklarımızın ekipajı yerlərində idi. Nəərə çəkən tanklarımızın ermənilərin müdafiə xəttinə - səngərlərə, artıq müxtəlif raketlərimizlə və "kamikadze" PUA-larlarımızla vurulub-dağıdılan, düşmənlərin qurduqları hərbi-mühəndis istekamlarının xarabağlığlarına doğru quş kimi aparırdı. Mənfur düşmənin bu səngər zolaqları və istehkamları yalnız torpaqlarımıza vurulan məkrli və müdhiş maneələr deyil, həyatın da ayrıldlğı, nəinki döyüşçilərimizin, xalqımızın kiçikdən böyüyədək uzun illər ürəyini ağrıdan və göynədən həsrətli bir yer idi. İndi tankçılarımız və piyada qoşun hissələrimiz o torpaqları işğaldan azad etməklə, vüsalına çatmağa tələsirdi.
Axşamüstü idi. Günəş yüksək olmayan dağın arxasına çəkilmişdi. Seyrək duman düzün üstünə tül pərdə çəkmiş, meşələri, nisbətən kiçik dağları bürümüş, dərə və yamacların üstünə sərilmişdi.
Artıq tanklar düzən torpaqda irəliləsələr də, nahamar düzəndə yüksək sürətlə hərəkət edə bilmirdilər. Kapitan Çıraqlı qeyri-ixtiyari qolunu qaldirıb, biləngindəki saatına baxırmış kimi, birdən yadına düşdü ki, saatını dünənki döyüş zamanı itirmişdir.
Bu anda bölük komandiri Çıraqlı döyüş meydanıni müşahidə edə-edə öz tanksürən mexaniki Zülfiyevdən soruşdu:
-Saat neçədir?
-Altının yarısıdır, cənab kapitan, - deyə Zülfiyev cavab verərək, öz tankını irəli sürməkdə davam etdi.
Tam bir saat idi ki, tanklar hucuma keçmişdi. Onlar öz tırtılları ilə qarşılarına çıxan maneələri əzib məhv edirdilər. Kapitan Çıraqlı öz tanklarının düşməni necə məhv etdiyini görürdü. Ermənilərin topları atəş açmağa fürsət tapmadan sərrast atəşlərlə sıradan çıxarılırdı. İşğalçılar tankları görən kimi qaçıb dağılırdılar. Budur, Çıraqlı bir dəstə erməninin bizim top mərmilərinin partlayışından yaranan çuxurlara girdiklərini gördü. Tank həmin tərəfə irəliləməyə başladı...

Sübh yenicə açılırdı. Tanklardan ilk top atəşləri göyə səs salırdı. Həmçinin onlardan pulemyot güllələri hələ tək-tək atılırdı, sonradan daha intensiv atəşlər düşmənə aman vermədən açılmağa başladı. Top mərmilərinin partlamasından döyüş meydanı lərzəyə gəlməyə başlamışdı. Hər tərəfdə top mərmiləri partlayırdı...
Səhər tezdən tankçıları ilə görüşən komandir Çıraqlı yeni hucum üçün manevr və taktikanı anladırdı. Kapitan bununla da öz tankçılarını inamla irəli aparırdı.
Döyüşün yenidən şiddətli anları başladı. Kapitan Çıraqlı əvvəlki kimi cəld, dürist işləyir və komandanlığını məharətlə yerinə yetirirdi. Yalnız alnının təri onun gözlərinə damcılandıqda, o, cəld əli ilə üzünü silir və atəşi davam edirdi. O düşmənin artilleriya toplarının haradan atıldığına qiqqətlə göz qoyaraq və düşmən səngərlərini müəyyən edərək dərhal oraya atəş açırdı.
Düşmənin dolu kimi yağdırdığı güllələr tankı silkələyirdi. Lakin zirehli tankımız möhkəm idi! Düşmən mövqeyinə yaxınlaşdıqca, hədəflərə sərrast zərbələr endirilirdi. Alov göyə qalxdı. Düşmən topu partladılmışdı.
-Saat neçədir?
-Səkkizdir, - deyə tanksürən-mexanik yenə cavab verir.
Tankların açdıqları yol ilə piyada qoşun təpəyə lap yaxınlaşmalı idi.
Döyüşdə qarşıya qoyulan məqsəd yerinə yetirilmişdi.

Bölük komandiri kapitan Çıraqlı müşahidə məntəqəsinə - tobor komandirinə rabitəli roportu verməyə hazırlaşırdı. Bu anda tank sarsıldı. Düşmənin artileriya top mərmisi tanka dəymişdi. Aşağıda mexanik Zülfiyev çağırdı. Kapitan cəld özünü ona yetirdi. O, ağır yaralanmışdı. Daha sonra Çıraqlı yanacaq kranını bağlamağa fürsət tapsa da, tankı artıq alöv bürümüşdü.
Daha sonra düşmənin pulemyot atəşindən Çıraqlı qıçından yaralandı. Əvvəlki top mərmisindən kiçik bir qəlpə də onun üzünə dəymişdi. Onun gözlərinin qabağına bir pərdə çəkildi. Ona hər şey duman kimi göründü. Qan, qan... Kapitan Çıraqlı komanda verdi və ekipaj ağır yaralı sürücü-mexaniki götürərək tankdan çıxdı.
Top aticı-nişançı gizir Nizamov və tankın lüləsini mərmi ilə təhciz edən çavuş Kərimov öz komandirinin qolundan yapışaraq cəld onu alovlanan tankdan uzaqlaşdırdılar. Sonra gizir Nizamov geriyə qaçaraq, pulemyotu tankdan çıxaratdı. Kolların arasında gizlənərək, düşmənə atəş açdı.
Çavuş Kərimov cəld sürücü-mexanikin və komandirin yaralarını bağladı. Onun şlemini başından götürdü. Bu dəqiqələrdə komandir qanı axa-axa yalnız bir şeyi düşünürdü:
-Görəsən piyada qoşun gəlib çatmışdırmı? Komandir Çıraqlı çavuşu yanına çağıraraq dedi:
-Piyada qoşunun buraya gəlib-gəlmədiyini öyrənsin!
Çavuş cəld təpəyə çıxdı, və ətrafa baxdıqdan sonra, geriyə qayıdıb öz komandirinə xəbər verdi:
-Piyada qoşunlarımız buraya gəlirlər. Onlar böyük bir dəstədirlər! Yol açılmışdır.

Bu vaxt bir dəstə erməni vurulmuş tankımızın ekipajına doğru gəlirdi. Gizir Nizamov pulemyotdan və çavuş Kərimov avtomat silahından dayanmadan düşmənə ardıcıl atəş açmaqda şücaətlə davam edirdilər. Kapitan Çıraqlı ayağında ağrı hiss etsə də, gözləri get-gedə aydın görürdü. Yaxınlıqdakı düşmən snayperinin silahının üstündə optik priboru parıldadı. Snayper daha da yaxınlaşıraq, onu nişan alırdı. Çıraqlı tapançasıni bu erməniyə tuşlayıb və birinci güllə ilə onu vurub gəbərtdi.
Artıq piyada qoşunumuz göründü. Ermənilər pərakəndəliklə qaçmağa başladılar. Onlar bir-birinin dalınca yıxılmağa başlayırdırlar. Qoşunumuz isə irəliləyirdi.
Çavuş Kərimov töyşüyə-töyşüyə komandirinin yanına qaçaraq, hələ ona çatmamış sevinclə ucadan çağırırdı:
-Komandir bizimkilər artıq təpədədirlər!
Komandir Çıraqlı qalxmaq istəyir, lakin qalxa bilmir. Yaraları onu incidirdi. O, çavuş Kərimova söykənərək ayağa qalxır, sağ əlini qaldıraraq ucadan səslənirdi:
-Vətən uğrunda, ancaq irəli!
Gizir Nizamov pulemyotunu və salamat qalan üçrəngli bayrağını götürərək təpəyə doğru yurüyür.
Komandir Çıraqlı daldan çağıraraq, ona deyir:
-Nizamov bizim bayrağı da mütləq təpənin görünən yerlərindən birindən sanc. Mütləq!
Çavuş Kərimov komandirini tək qoymayaraq, onunla birlikdə yavaş-yavaş irəliləyirlər.
Onlar özlərinkilərə tərəf gedirlər.
Budur onlar lap təpənin başındadırlar. Təpədə üçrəngli qürurlu bayrağımız dalğalanır, onun yanında isə nisbətən kiçik bayraqlar da dalğalanır. Komandir Çıraqlı öz tankının bayrağını görməyə çalışır. Lakin sanitarlar əllərində xərək onun yanına qaçırlar. Ancaq Çıraqlı buradan getmək istəmir.
O, döyüşçülərin birindən soruşdu:
-İndi saat neçə ola bilər?
Bu ən xoşbəxt saatdı - qələbə saatı! Əqrəblər böyük qələbəyə çatmaqdadı!..

Yaşar Nəzərov

Paralel.az

 

0.043111085891724