Azərbaycan elmini təmsil edən Beyləqanlı alimlər

Azərbaycan elmini təmsil edən Beyləqanlı alimlər
 

Tapdıq Əlikişi oğlu Abbas

04 sentyabr 1952-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1971-ci ildə orta məktəbi, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1975-1983-cü illərdə Beyləqan rayonunun orta məktəblərində müəllim və direktor, 1983-1985-ci illərdə Beyləqan rayon Maarif şöbəsində inspektor-metodkabinet müdiri vəzifəsində çalışıb.

O, 1985-1989-cu illərdə partiya komitə katibi, RPK-da təlimatçı və şöbə müdiri işləyib. 1991-ci ildə Respublika Həmkarlar İttifaqı Dövlət İdarələri İşçiləri Beyləqan komitəsinin sədri seçilib.

T. Abbas 1990-cı ildə Azərbaycan Xalq Cəhbəsinin üzvü, AXC-nin Beyləqan rayon şöbəsinin idarə heyətinin üzvü, mətbuat xidmətinin müdiri, 1992-1993-cü illərdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

T. Abbas aprel 1992-ci ildə 52 saylı Beyləqan Dairə Seçki komissiyasının sədri seçilib. 07 iyun 1992-ci ildə Prezident seçkisində iştirak edən AXC sədri Əbülfəz Elçibəy ölkədə ilk dəfə demokratik keçən və 4 nəfər namizədin iştirak etdiyi seçkidə Azərbaycan Respublikasının Prezidenti seçilib. Beyləqan seçicilərinin 67 faizi Ə. Elçibəyə səs verib.

T. Abbas 1993-1998-ci ildə Dövlət İdarələri və Xidmət İdarələri işçiləri təşkilatları Həmkarlar İttifaqları Beyləqan rayon şöbəsinin sədri seçilib. 1990-cu ildən jurnalist fəaliyyəti ilə məşğuldur. 1993-2002-ci illərdə "Müxalifət", "Yeni Müsavat" və "Proqnoz" qəzetlərində müxbir və redaktor kimi çalışıb.  2002-ci ildən "Paralel" qəzetinin təsisçisi və baş redaktorudur.

T. Abbas 2000, 2005, 2010 və 2015- ci illərdə Beyləqan Seçki Dairəsindən Milli Məclisə seçkilərdə namizəd qeyd alınmış, seçkidə seçicilərin əksəriyyətinin səsini qazanmış, lakin müxalifəti təmsil etdiyinə görə mandatdan məhrum edilib.

T. Abbas 1999-cu ildə ölkədə ilk dəfə keçirilən Bələdiyyə seçkilərində Beyləqan Şəhər Bələdiyyəsinin 13 nəfər üzvü sırasına seçilmiş və sosial siyasət komissiyasının sədri seçilib.

Tapdıq Abbas 2008 - 2018 - ci illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətini üzvü seçilib. müəllim "Əməkdar mədəniyyət işçisi" adını almışdır. 2005-ci ildən ADPU-nun Pedaqogika kafedrasında müəllimdir.Tapdıq müəllim namizədlik dissertasiyasını müdafiə edərək Pedaqogika elmləri namizədi olmuşdur.

Paralel.az, Fəxri Mahmudov

0.02990198135376