Xətai rayonunda yol qəzası olub

Xətai rayonunda yol qəzası olub
 

Bakının Xətai rayonunda yol qəzası baş verib.

Paralel.az bildirir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, "Motosiklet" sürücüsü “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb və  aşıb. Sürücüsünün isə hər iki ayaq sümüyü sındığından xəstəxanaya çatdırılıblar. "Mersedes"in sürücüsü Ruslan Məmmədov bildirib ki, motosikletdə heç bir işıqlandırma sistemi olmayıb və onun sürücüsü Yusif Səfərov küçəsində əks istiqamətdə hərəkət edib.
Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisənin baş vermə səbəbini araşdırırlar...

Şahnaz Salehqızı

0.015735149383545