Baba Rzayevin "Azərenerji"dəki sərgüzəşlərinin səsini xalq eşdir, amma hökümət susur...

Baba Rzayevin
 

 

Ölkənin enerji sistemində "etibar priverdiyevçilik" ən pik nöqtəyə yüksəlib.

Azərbaycanda bir neçə il bundan əqdəm baş vermiş məlum enerji böhranından sonra Etibar Priverdiyevin fəaliyyətini araşdırmaq üçün yaradılan dövlət komissiyasının son qərarından nədənsə, xalqın heç bir xəbəri olmadı.

Etibar Priverdiyev bu yoxlama komissiyasını necə ofsunladısa, komissiya Mingəçevir SES-də baş vermiş dərin böhranın səbəblərini millətə açıqlamadı və həm də barəsində ciddi ölçü götürüləcəyi ehtimal olunan "Azərenerji" ASC sədri Etibar Priverdiyev, heç kimin gözləmədiyi halda, həmin böhrandan süddən tər-təmiz çıxan qaşığa çevrildi. Nə isə...
Bu sahədə baş vermiş kardinal dəyişiklikdən sonra, əziz oxucular sizə "Azərenerji"nin yeni sədri Baba Rzayevin fəaliyyətindən, onun qaz vurub şəxsi qazanc kisəsini hansı maxinasiyalarla doldurduğundan bir qədər bəhs edəcəm.

Hər kəsə məlumdur ki, "Azərenerji"də baş vermiş məlum çöküşdən sonra vəzifəsini itirməklə canını qurtaran Etibar Priverdiyevin yerinə gətirilən "Azərişıq" ASC-nin sabiq sədri Baba Rzayev də rüşvət, korrupsiya və maxinasiyalar ustalarından biri kimi xalq arasında böyük şöhrət qazanıb.

Baba Rzayevin hələ illər öncə oğluna dəbdəbəli toy məclisi keçirməsi, şadlıq sarayının bəzədilməsinə milyonlarla pul sərf etməsi, təşkil edilmiş toy süfrəsinə quş südündən belə, ən qiymətli ləziz yeməklərin qoyulması, toya dəvət olunmuş musiqiçilərə verilmiş böyük məbləğdə pullar barədə yazılan yazıları yəqin, heç kim unutmayıb. O zaman bu toy məclisi barədə yazını oxuyan hər kəs anlayırdı ki, Baba Rzayevin oğlunun toy məclisinə sərf etdiyi milyonlar ona dədəsindən miras qalmayıb, nə də əziyyət çəkib qazanmayıb, xərclədiyi bu pullar dövlətdən və xalqdan oğurlanmış puldur.

Hamı həmin dəbdəbəli toyun yayılan səs-küyündən sonra Baba Rzayevin "Azərişıq" ASC-dən çıxarılacağını və həbs olunacağını gözləyirdi. Amma onun "Azərenerji"yə sədr təyin olunması cəmiyyətdə yaranmış bu fikiri alt-üst etdi.

Redaksiyamıza "Azərenerji"də olan mənbədən daxil olan məlumatda bildirilir ki, Etibar Priverdiyev vəzifədən çıxarılsa da, onun yerini tutan Baba Rzayev hələ də Etibar Priverdiyevin faydalı, sədrə yaxşı qazanc gətirən "metodlarından" yüksək səviyyədə istifadə edir.

"Azərenerji"də Baba Rzayevə ən yaxşı qazanc gətirən "üsullardan" biri yüksək maliyyə xərcləri əks olunan saxta "naryad"ların tərtib edilməsidir.
Yüksək məbləğdə qiymətə malik olan avadanlıqların, cihazların guya, saxta tərtib olunmuş sınədlər əsasında yenilərilə əvəz olunması prosesindən Baba Rzayev milyonlarla pul qazandığı bildirilir.

"Azərenerji" ASC-də baş verən maliyyə maxinasiyaları barədə redaksiyaya daxil olan materiallar barədə ictimaiyyəti məlumatlandıracağıq, bizi izləyin

Röyal

0.050106048583984