Allah cəhaləti və cahili tanıdır

Allah cəhaləti və cahili tanıdır
 

Siracəddin Hacı yazır: 

- cəhalət insanın ən qorxulu düşmənidir;
- ağır xəstəlikdir;
- bütün pisliklərin səbəbidir;
- köləliyə yol açır;
- şeytanın ən güclü silahıdır, o, insanın cəhalətindən yararlanır;
- cəhalət həqiqəti tanımamaq, həddini bilməməkdir;
- insanın hidayəti - doğru yolu rədd etməsi cəhalətdir, nəticəsi azmaqdır;
- cəhalət elmin ziddidir, elm olmasa, cəhalətin ortaya çıxması qaçılmazdır;
- cəhalət elmin olmadığı haldır;
- insan haqlarını tanımamaq cəhalətdir;
- zülm cəhalətin nəticəsidir;
- cahil yaradanı, yaradılış səbəbini, ilahi təyinatını, haradan gəlib haraya getdiyini, axirəti unudan insandır;
- cahilin metodu inandırma, dəlil, sübut deyil, təlqindir, zorla bir şeyi qəbul etdirməkdir;
- cahil elmə, düşünməyə, azad iradəyə qarşıdır;
- nəfsi ağlını öldürmüşdür;
- vaxtı keçmiş nizamın dəyişməsini istəməz;
- inandıqlarını sorğu-sual etməz;
- təqlidçidir;
- çoxluğa önəm verər;
- fərqliliyi qəbul etməz;
- iftira atar;
- dəlilsiz danışar;
- davamlı qorxu içindədir, ifşa olunacağından qorxar;
- mənaya deyil, maddəyə önəm verər;
- ağıllı adamlardan qorxar;
- təkəbbürlüdür;
- dünya malını çox sevir;
- məzhəbini din zənn edir;
- tarixi hadisələri din kimi tanıdır;
- din böyüklərini bütləşdirir, Allaha deyil, onlara itaət edir;
- məzarlardan yardım istəyir;
- bizim məzhəbdən olmayan cənnətə girməz deyir;
- Allah adına hökmlər verir, halal, haram müəyyən edir;
- yalan danışmaq xarakteridir;
- çıxarına görə hər şeyi satar;
- bölücüdür, həqiqəti parçalayır, özünü həqiqətin ölçüsü hesab edir;
- onun kimi düşünməyənləri kafir adlandırır;
- təcavüzkardır;
- başqalarını ələ salır, kobuddur;

Cəhalət olan yerdə zülm, küfür, şirk, yoxsulluq, əxlaqsızlıq var. 
Cahil toplum qorxu içində yaşamağa, başqasının köləsi olmağa, didişməyə, parçalanmağa məhkumdur. Cəhalətin hakim olduğu toplumun insanları Allahı tanımaz, Elçiyə, axirətə inanmaz, elmi sevməz, alimə dəyər verməz, keçmişlə yaşayar, ancaq öz çıxarını düşünər, zamanın nəbzini tuta bilməz, israf və zülm edər, nankor olar, insan haqq və hürriyyətini heçə sayar, əxlaqsızlığın hər çeşidini işləyərlər, məsuliyyətsizdirlər, halal və haram adlı dərdləri yoxdur...

Cəhalət xəstəliyindən qurtulmağın tək bir yolu var, o da elmdir, elə bir elm ki, həqiqəti tanıdır.

Paralel.az

 

0.041731119155884