Sumqayıtda intihar olub
Paralel.az xəbər verir ki, Sumqayıtda 30 yaşlı qadın özünü binadan atıb.
Hadisə şəhərin Ərşad Kərimov küçəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyeva Şəhla Cahid qızı özünü yaşadığı hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən ataraq intihar edib.
İntiharın səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.