Deputat Musa Urud bahalaşmadan yox, kişilərin xanımlara pul ödəməsindən danışır... - irad, etiraz...

Deputat Musa Urud bahalaşmadan yox, kişilərin xanımlara pul ödəməsindən danışır... - irad, etiraz...
 

Deputat: "Ev işlərinə görə kişilər həyat yoldaşlarına pul ödəməlidir"!

Musa həkim Milli Məclisdə 30 ildir "lövbər" salmış ömürlük deputat mandatı alanlardandır. Musa Urud 30 ildə millət vəkili nişanını döşündə, mandatı cibində gəzdirib onun kölgəsində həddi bir neçə milyondan çox olan vara, dövlətə və sərvətə sahiblənib.

M. Urud 2005-2015-ci illərdə Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, 2015-2020-ci illərdə Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, 2020-ci ildən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir.

Fikir verin, işığın, qazın, benzinin qiymətinin bahalaşdığı hazırkı dövrdə xalqın kükrəyən qəzəbini səngitməyin daha vacib olduğu indiki zamanda millət vəkili statusunu daşıyan Musa Urud "ev işlərinə görə kişilər həyat yoldaşlarına pul ödəməlidir" - mövzusunu gündəmə gətirib!
Belə adamların millətin adından danışmağa haqqı yoxdur!

Bu cür tiplər öz güzəranlarını yüksək səviyyədə təmin etmək, oğurluq, haram var, dövlət və sərvət qazanmaq naminə qiymətlərin bahalaşması hesabına günü-gündən ağırlaşan xalqın sosial durumu barədə bir kəlmə də olsun danışmır!

Musa Urud qiymətlərin kəllə-çarxa çıxdığı vaxtda MM-in Sosial Siyasət komissiyasının sədri vəzifəsinin maaşını aldığı halda, arvadla kişi arasında haqq-hesabı müəyyən etmək barədə cəmiyyətə mövzu ötürür...

Züleyxa

0.045346975326538