Kirayə bazarında bahalaşma pik nöqtəsində...
Paralel.az xəbər verir ki, ölkədə "açar əmtəələr" olan enerji daşıyıclarının bahalaşması iqtisadiyyatın bütün sahələrində, o cümlədən də kirayə bazarında qiymətlərin artmasına səbəb olub.
Sözügedən bazara daha çox təsir edən amil isə ali təhsil ocaqlarında ənənəvi təhsilə qaydışla bağlıdır. Belə ki, kirayə bazarında böyük çəkiyə malik olan tələbə kontingenti artıq bölgələrdən Bakıya gəlib. Ona görə də digər mal və xidmətlərin qiymətlərində 5-15% civarında bahalaşma qeydə alındığı halda, kirayə mənzillər bazarında bu rəqəm bəzi hallarda 40%-ə çatır.
Xatırladaq ki, sentyabr ayında Bakıda ucuz kirayə mənzillərin orta qiyməti 413,6 manat, bahalı kirayə mənzllərin qiyməti isə 1722 manat təşkil edib.
Akif Nəsirli