Azərbaycan multikulturalizmi dünyaya örnəkdir

Azərbaycan multikulturalizmi dünyaya örnəkdir
 

Multikultralizm Azərbaycan xalqının milli-mənəvi dəyərlərində önəmli yer tutur

 Tolerantlıq milli dözümlülük Azərbaycan xalqının mənəvi sərvətidir. Maddi sərvətlərimizlə yanaşı, dünya xalqları mənəvi sərvətlərimizdən bəhrələnir. Azərbaycan xalqının yaşadığı ərazi - sərhədlərimiz daxil dünya xalqlarının muzeyi adlandırıla bilər. Çünki Azərbaycanda elə kəndlər var ki, onların ayrıca, dünyanın heç bir yerində rast gəlinməyən dili, adət-ənənəsi mənəvi dəyərləri var. Yəni bir kənd ayrıca bir xalqdan ibarətdir onlardan artıq dünyanın heç bir yerində yoxdur. Bu əlaməti hər bir mütəxəssis özünəməxsus tərzdə yozur. Bu məsələdə ortaya çıxan sual ondan ibarətdir ki, dünyada bir kənd qədər, yəni 3-5 min civarında olan xalq mövcud deyilsə, bəs Azərbaycanda bu qədər azsaylı xalqlar haradan peyda olub?

Bəzi alimlər bu azsaylı xalqların Azərbaycana haradansa köçüb gəldiyini, bir çoxları isə bu kənd-xalqların çətin relyefli ərazilərdə təcrid olunmuş vəziyyətdə uzun müddət yaşayan azərbaycanlılardan yarandıqlarını iddia edirlər. İkinci versiya heç ağılabatan deyil. İstənilən xalq ona yad olan ərazilərdə yaşadıqda heç öz dilini adət ənənəsini itirmir. Bu, dünya təcrübəsində özünü göstərir.

Məsələn, Azərbaycan Respublikasında cəmi 10 milyon əhali yaşayır, lakin dünyada Azərbaycan xalqının sayı 50 milyondan çoxdur. Harada yaşamasından asılı olmayaraq, xalqa assmiliyasiya təsirləri, onu digər xalqlar içərisində "əritməyə" cəhdlər yoxdursa, xalq öz kimliyini, milli-mənəvi dəyərlərini mütləq qoruyub saxlayacaq. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Artıq 200 ildən çoxdur ki, bu milləti farslaşdırmaq istəyirlər. Faktiki olaraq, İranda Azərbaycan dilində ibtidai  məktəb yoxdur, radio televizya isə son vaxtlar xalqın təkidi ilə yaradılıb. Buna baxmayaraq, fars ləhcəsi ilə olsa, xalq öz dilini qoruyub saxlaya bilib. Bununla yanaşı Güneyli azərbaycanlılar öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini qorumaqda davam edir. Bütün kökənindən ayrı düşmüş xalqlar belədir.

Elə isə Azərbaycanda yaşayan belə-xalqlar necə yaranıb? Etnoqrafiya ilə məşğul olan alimlərin böyük əksəriyyəti hesab edir ki, Azərbaycanda muzey eksponatı kimi qalan kənd-xalqlar, əslində tarixin hər hansı bir dönəmində müxtəlif səbəblərdən, müharibə istilalar ucbatından məhv edilərək sıradan çıxmış böyük xalqların qalıqlarıdır. Bu xalqların digər ərazilərdə yaşayan hissəsi azalıb  digər xalqların içərisində əriyərək yoxa çıxıb. Azərbaycan xalqı isə ta qədimdən tolerant xalq olduğundan onların dilinə, adət-ənənələrinə digər milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıb, onların öz milli kimliyini qorumağa şərait yaradıb. Ona görə kənd-xalqların dünyanın digər regionuna düşən hissəsi tarixin səhnəsindən çıxsa da, Azərbaycana sığınan kiçik kontingent isə bir kənd çərçivəsində olsada öz varlığını qoruyub saxlaya bilib.

Təkcə yuxarıda qeyd etdiyimiz faktla təsdiq etmək olar ki, Azərbaycan xalqı ta qədim zamanlardan tolerant digər mədəniyyətlərə qarşı dözümlü bir xalq olub. Biz tolerantlıq ya multikultüralizm ifadələrinin dünyanın yeni tarixində yaranmasının şahidi olmuşuq. Əvvələr Azərbaycan lekskonunda da bu ifadələr olmayıb. Amma bu ifadələrin özündə ehtiva etdiyi mənəvi dəyər Azərbaycan xalqının milli mentalitetində minilliklər əvvəl yer alıb.

Belə ki, Azərbaycan klassik ədəbiyyatına nəzər salsaq görərik ki, xalqımızın dövrün ədibləri bu dəyəri təblig edib, dünyaya yaymağa çalışıb. Sadəcə olaraq Azərbaycan xalqının klassik ədibləri bu dəyəri haqq-ədalət kateqoryaları içərisində ümumiləşdiriblər.

Məsələn, bu günlərdə 880 illiyini qeyd etdiyimiz, dünya nəzminin Günəşi sayılan, dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasını Avropada dünyanın digər inkişaf etmiş ölkələrində, yalnız müasir mərhələdə anlayırlar. Çünki Nizami Gəncəvinin dilindən danışdığı yeddi gözəlin hər biri bir millətin nümayəndəsi idi. Burada bir məqamı da vurğulamağa dəyər ki, N. Gəncəvinin yaratdığı yeddi gözəl obrazları içərisində çinli qız da var idi. Məşhur "Xeyir Şər" bölümü, məhz Çin qızının dili ilə səsləndirilir. Çin qızını o zaman əsərlərdə təsvir etmək böyük cəsarət tələb edirdi. Müsəlman Yaxın Şərqində Çin lənətlənmiş bir məmləkət sayılırdı. Bunun səbəbi isə Çində heç bir dinin təcəlla etməməsi idi. Həmin dövrdə müsəlman dünyasında belə bir atalar sözü yaranmışdı: "Elim dalınca lazım gəlsə Çinə getmək olar". Bu atalar sözü məhz müsəlman dünyasının Çinə nifrətini göstərən ən bariz nümunədir. Belə bir şəraitdə çinli qızın "Çin gözəli" obrazı kimi əsərdə canlandırılmasının özü tolerantlığın, milli-dini dözümlülüyün -  indi biz adını "multikultralizm" qoyduğumuz mənəvi dəyərin təbliği idi. Burada şair öz nüfuzuna zəkasına arxalanaraq belə riskə gedir. Lakin poema o qədər ustalıqla yaradılıb ki, o zaman əsərin tənqid edilməsinə cəsarəti çatan kimsə tapılmadı. Bəlkə olub, amma bununla bağlı əlimizdə tarixi fakt yoxdur.

Bütün bunlar sadalamadığımız xeyli dəllilər sübut edir ki, Azərbaycan multikultralizminin yaşı əsrlərlə ölçülür. Ona görə bu dəyərin dünyada təbliğ edilməsi, bütün dünyaya yayılması indiki nəslin müqəddəs borcudur. Bu borcun reallaşdırılmasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xüsusi xidmətləri var. Belə ki, artıq illərdir ki, bu qurum "Azərbaycan multikultralizmi" kitabının tədrisini təşkil etməklə məşğuldur. Artıq kifayət qədər uğurlar da var.

Qurumun saytında yazılır ki, Azərbaycan multikulturalizminin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi dərslər 2021-2022-ci tədris ilində uğurla davam etdiriləcək. Azərbaycanın multikulturalizm ənənələri, bütövlükdə Azərbaycan mədəniyyəti tarixinin təbliği layihəsi kimi həyata keçirilən tədris prosesində artıq 23 xarici ölkə universiteti iştirak edir. Bu tədris ilindən etibarən, siyahıya daha iki xarici ölkə universitetinin adı əlavə ediləcək. Multikulturalizm Mərkəzi ilə Cənubi Koreyanın Donqduk Qızlar Universitetinin Avrasiya Türk xalqları Araşdırma İnstitutu arasında əməkdaşlıq haqda müqavilə imzalanıb. Müqaviləyə əsasən, Donqduk Qızlar Universitetinin Avrasiya Türk xalqları Araşdırma İnstitutunda "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq. Dərslər 2021-2022 tədris ilinin birinci semestrinə planlaşdırılır. Xatırladaq ki, Donqduk Qızlar Universiteti 1950-ci ildən fəaliyyət göstərir 7500 tələbəsi var.

BBMM-dən verilən məlumata görə, Multukultralizm Mərkəzi ilə Pakistan Müasir Dillər Milli Universiteti arasında da danışıqlar aparılır. Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra, 2021-2022-ci tədris ilinin 2-ci semestrində bu universitetdə "Azərbaycan multikulturalizmi" kursunun tədrisi planlaşdırılır.

 Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.020442962646484