SOCAR-ın pulları PKK-ya ötürülür?! - EKSPERTDƏN ŞOK İDDİA
Yenixeber.org: Məlumata görə bu iddia tanınmış ekspert Daşqın Gülməmmədov tərəfindən səsləndirilib. Onun paylaşımını olduğu kimi təqdim edirik:
Bu saatlarda Türkiyə Cümhürbaşkanı, sayın R.T.Erdoğana, Türkiyə Milli istihbarat Təşkilatının Baş Müştəsarı, cənab Hakan Fidana, Birləşmiş Ərəb Əmirlikləri Baş Prokuroru, cənab Xaman əl-Şəmsiyə, Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyeva, Gürcüstan Baş Prokuroru, cənab Giorgi Şotadzeyə, ABŞ Dövlət Departamentinə və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru, cənab Uliyam Bernsə xüsusi məktub hazırlayıram.
Məsələ daha da ciddidir! SOCAR Energy Georgia LLC-nin Baş direktoru Mahir Məmmədov, SOCAR Energi Georgia LLC-nin Müşahidə Şurasının üzvü Həsən Gözəl barədə mühüm faktlar ortaya çıxdı. Bir çox məqamlar məxfi olduğu üçün sosial mediada paylaşmaq hazırda məqsədəuyğun deyil. Belə çıxır ki, Mahir Məmmədov, Həsən Gözəl vasitəsiylə külli miqdarda neft pularını offşor şirkətlərə ötürürlər, faktiki olaraq Azərbaycanı talayırlar. Həmçinin bu maliyyə vəsaitlərindən bir hissə Həsən Gözəl vasitəsiylə PKK terror təşkilatına ötürülür. Həmçinin Türkiyə və İraqda kürd terror qruplaşmalarına maliyyə dəstəyi verilir. Neft pullarının mənimsənilməsi sxemi çox dəqiq qurulub.
SOCAR Energy Georgia LLC (İdentifikasiya kodu N-202349440), 17.08.2006-cı il tarixində qurulub və Gürücstan Ədliyyə Nazirliyində qeydiyatdan keçib. Hazırda Azərbaycan vətəndaşı Mahir Məmmədovun Baş direktor olduğu və Giorgi Caparidzenin icracı direktoru olduğu SOCAR Energy Georgia LLC-nin 75.505 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR), 16.33 faizi Birləşmiş Ərəb Əmirlikləri, Hamiryah AİZ-də, 23.01.2006-cı ildə qeydiyyatdan keşmiş, offşor "EVENTUS GENERAL TRADING FZE" Şirkətinə (Qeydiyyat N-11582353, Vergi kodu N-1541), 8.165 faizi isə, Birləşmiş Ərəb Əmirliklərində qeydiyatdan keçmiş INTERSUN HOLDING FZCO-ya (61051, Jebel Ali, UAE) məxsusdur. Abdolbari Gözəlin və Həsən Gözəlin PKK terorr təşkilatlarını maliyəşdirməsi heç gizli deyil və bu Azərbaycan və Türkiyə mətbuatında dəfələrlə geniş şəkildə dərc edilib. Çox məqamə yazmıram. Ancaq məktubda hər şey yazılacaq və Türkiyənin bu məsələyə reaksiyası dərhal olacaq.
SOCAR Energy Georgia LLC- adi şirkət deyil bu Gürcüstanda siyasi və iqtisadi monopoliyanın yardılmasına xidmət edən bir xüsusi sturukturdur...”
(xeber.top)