Azərbaycanda jurnalist peşəsi perestijli sayılmır - araşdırma
Ölkədə bu peşə sahiblərinin həyat səviyyəsi çox aşağıdır
Son zamanlar Azərbaycanda jurnalist peşəsinin seçənlər xeyli azalıb. Bunun səbəbləri tnınmış media ekspertləri arasında keçirilmiş rəy sorğusunda araşdırılıb.
Rəyi öyrənilən ekspertlər bunun səbəbini ilk növbədə jurnalistlərin həyat səviyyəsinin Azərbaycanda aşağı olması ilə izah ediblər. Onlar qeyd edibıər ki, ölkədə jurnalist peşəsinə yiyələnənlər normal iş tapmaqda çətinlik çəkirlər. Media orqanlarında maliyyə çatışmazlığı bu media orqanlarında çalışanların minimum aylıq dolanışığını təmin etmir.
Azərbaycanda media sahəsində hökm sürən böhranlı vəziyyət getdikcə dərinləşir. Medianın təminatı dövlət tərəfindən unudulub. Dünyada medianın inkişafına stimul verən reklam təminatı yox səviyyəsindədir.
Jurnalist ixtisası üzrə hər il ali təhsil alan gənclərin 90 faizi başqa sahələrdə çalışmağa məcbur olur. Bu gün yarmarkalarda satıcı işləyənlərin əksəriyyəti ali təhsilli mütəxəssislərdir və onların çoxunun cibində BSU və BDU-nun jurnalistika fakültəsinin diplomu var.
Züleyxa