Xəzərdə qaçaqmalçılar yaxalandı

Xəzərdə qaçaqmalçılar yaxalandı
 

Paralel.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri tərəfindən naməlum üzmə vasitələrinin hərəkətinin qarşısı alınıb.
Təqib edilən itisürətli üzmə vasitələri sərhəd gözətçi gəmisindən açılan xəbərdarlıq atəşindən sonra bortlarında olan yükləri suya ataraq geriyə doğru hərəkət etmiş və Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sularını tərk ediblər.
Yüklər sudan çıxarılmış, baxış zamanı ümumi dəyəri təxminən 100 min manata yaxın olan 23 780 ədəd siqaret qutusundan ibarət olması müəyyən edilib.
Akif Nəsirli

0.017936944961548