Prezident tapşırıq verdi

Prezident tapşırıq verdi
 
Gələn il əmək haqqlarının, pensiya və müavinatların artmaq ehtimalı var
Paralel.az xəbər verir ki, Azərbaycanda son bir neçə ayda qiymətlərin kəskin artması səbəbindən insanların yaşayış səviyyəsi diqqətçəkəcək dərəcədə aşağı düşüb. İstər kommunal xərclərdə, istərsə də, ərzaq və qeyri-ərzaq məhsullarında qiymət artımı yüksələn templə davam edir. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq Nazirlər Kabinetinə tapşırıq verib ki, əmək haqlarının, əmək pensiyalarının, sosial müavinatların, təqaüdlərin və digər  sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlasın.
İl sona çatir dözümlü xalqım, bir az da dözsən gələn il Nazirlər Kabineti rəva bilərsə, təklifləri hazırlayib prezidentə təqdim edərsə, ümid var ki,əmək haqları, əmək pensiyaları, sosial müavinatlar və təqaüdlər artsın. Amma burası Azərbaycan, bunu da unutmayın!
Yusif
0.022933006286621