Yazıq ölkəm, yazıq xalqım, gör kimlərin əlində qaldın! 

Yazıq ölkəm, yazıq xalqım, gör kimlərin əlində qaldın! 
 

İdris Abbasov 

Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Azərbaycan Respublikasının "Şərəf" ordeni (2017) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV (2010), V çağırış (2015) və VI çağırış (2020) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–2015), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014–indi), Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri (2015- indi),Yeni Azərbaycan Partiyasının üzvü, MM-də Səhiyyə Komitəsinin sədri və s. Əhliman Əmiraslanov deyib ki, "gələcəkdə büdcədən icbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər və narazılıqlar aradan qalxacaq. Türkiyə 20 ildən artıqdır ki, bu sistemə keçib. Amma onlarda da bu sahədə problemlər var”

Gələcəkdə, yəni nə vaxt? Büdcə qoymusunuz qala? Xalqın ac-yalavac olduğu halda, ay Əhliman müəllim, biri elə sən özün, necə ürəyin gəlir ki, büdcədən rahatca 5-10 min AZN götürüb cibinə qoyursan? İmtina et də bir iki müftə maaşdan! Bəs necə, bu qədər vəzifə və titulu olan, maddi bolluq, tiyullar və vəzifələr içində üzən bir şəxs nə deyirsə, düz deyir. Gəlin, acından ölsək də, bunların bütün sözlərinə "Bəçeşm!" deyib təzim edək! Əslində, belələrinə hər il 7 məsum körpəni qurban etmək caizdir! Allah, Allah, Əstəğfirullah!
Yaşa, var ol, ey dahilər dahisi! Biz qara camaat sizin kimilərin varlığı ilə nəfəs alırıq. Təəssüf ki, sizin kefiniz kök, damağınız çağdır. Belə-belə danışıb, üstəlik 4-5 min manat da əlavə alıb qoyursunuz o biri pullarınızın üstünə, yığhayığ. Sonra da deyirsiniz ki, Türkiyədə, Yaponiyada insanlar tibbi sığorta üzündən hər dəqiqə ölürlər, bizdə isə onlardan yaxşıdır, çünki bizdə hər saatdan bir ölürlər və s. Biz də miskin xalqıq, ölümlə can çəkişməyə öyrəşmişik. Təki sizin canınız sağ, mal-dövlətiniz çox olsun!
Bu dünyada da olmasa, yəqin ki, tezliklə o dünyada görüşənədək.
Yazıq ölkəm, yazıq xalqım, gör kimlərin əlində qaldın! 

Paralel.az

0.033041000366211