Karantin qaydalarını pozan rəhbərlik məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Yoxlamalar zamanı rayon ərazisində fəaliiyət göstərən “Gülüstan” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı “icaze.e-gov.az” portalında yanlış məlumatların daxil edilməsi müəyyən olunub.
Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.
Paralel.az