Alman enerji nəhəngi qaz tədarükündən imtina etdi

Alman enerji nəhəngi qaz tədarükündən imtina etdi
 

Paralel.az-ın məlumatına görə, Lenta.ru yazır ki, Almaniyanın ən böyük enerji konserni E.ON, yeni pərakəndə istehlakçılara qaz təklif etməyi dayandırdı.

."Təəssüf ki, hazırda təbii qazla əlaqədar məhsullar təqdim edə bilmirik", - deyə şirkətin saytında yazılıb.

Şirkət sözçüsü Handelsblatt E.ON-un həqiqətən də yeni müştərilərin qəbulunu müvəqqəti olaraq dayandırdığını, lakin mövcud müqavilələrə zəmanət verildiyini təsdiqlədi.

Enerji nəhəngi yanacaq qiymətlərinin artması fonunda tədarükün bir hissəsini rədd edib. Oktyabrın 6-da Hollandiyadakı TTF birjasında  qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 2000 dollara yaxınlaşsa da, sonradan enməyə başladı. 'Financial Times" bildirir ki, bu cür dinamika Rusiya Prezidenti Vladimir Putinin Avropada enerji qiymətlərini sabitləşdirməyə hazır olması ilə bağlı açıqlamasına bağladı.
Akif Nəsirli

0.072674989700317