Bakının küləkləri dağlara çəkilib

Bakının küləkləri dağlara çəkilib
 

Güclü külək həm sanitar rolunu oynayır

 Hələ bir neçə il əvvəl mərhum akademik Ramiz Məmmədov bildirmişdi ki, Bakıda küləklər əvvəlki kimi çox da şiddətli deyil: "Bundan əlavə, paytaxtda əvvəllər müşahidə olunan şimal şimal-qərb küləklərinin istiqməti son illər dəyişərək şimal-şərqə keçib. Küləklərin şiddətinin azalması istiqamətinin dəyişilməsi, yalnız Bakıda müşahidə olunmur. Belə ki, Şimali Xəzər Bakının daxil olduğu Orta Xəzər zonasında da şimal-qərb istiqamətli şiddətli küləklərin sürətinin azalması müşahidə edilir. Bu nəticələr son 20-30 ildə aparılan araşdırmalar nəticəsində ortaya çıxıb".

 Mütəxəssislər bildirir ki, bunun konkret səbəblərini demək mümkün deyil. Yalnız onu qeyd etmək olar ki, dəyişikliyə, əsasən, eko-sistemdə gedən dəyişmələr səbəb olur. Belə nəzərəçarpacaq dəyişikliklər adətən 10-20 əsr boyunca, tədricən gedir. Abşeron yarmadasında isə bir insan ömrü qədər vaxtda küləklərin şiddətinin əsmə müddətinin azalması hiss edilir. Ekoloqların dediyi kimi, bu proses eko-sistemlərdə baş verən ciddi dəyişikliklərlə bağlıdırsa, deməli gələcəkdə təbiət bizə başqa sürprizlər edə bilər.

Bir sıra alimlər Abşeron yarmadasında küləklərin şiddətinin əsmə müddətinin azalmasını bir xəbədarlıq kimi dəyərləndirirlər. Lakin bu xəbərdarlığın nəyi, hansı hadisələrin baş verə biləcəyindən ehtiyatlanaraq verdiyini öyrənmək üçün kompleks araşdırmalara ehtiyac var. Çünki bizi əhatə edən eko-sistemlər o qədər mürəkkəb mexanizmə malikdir ki, burada səbəb nəticə əlaqələrini müəyyənləşdirmək o qədər sadə deyil.

Bu ilin yazından isə Bakıda, ümumiyyətlə güclü küləklər əsmir. Bakı sakinləri bunu Tanrının onlara ərmağanı kimi qəbul edir. "Elmilər Akademiyası" metrostansiyası ətrafında apardığımız kiçik sorğu nəticəsində bəlli oldu ki, paytaxt sakinlərinin böyük əksəriyyəti üçün küləklər arzuolunmaz təbiət hadisəsidir. Məsələyə insanların fəaliyyəti baxımdan yanaşdıqda paytaxt sakinlərinin mövqeyi məntiqlidir. Bakı küləkləri həm əhalinin məişətinə, həm sənayeyə xalq təsərrüfatının bir sıra sahələrinə ciddi zərər vura bilir. Məsələn, bir neçə il əvvəl güclü külək neft daşlarında çoxsaylı insan tələfatı ilə nəticələnən qəzaya səbəb oldu. Hansı ki, onlardan bir neçəsinin nəşi, ümumiyyətlə tapılmadı.

Bütün bunlarla yanaşı, Bakı küləklərinin faydası da az deyil. Belə ki, ilk növbədə güclü küləklər Abşeron atmosferində sanitar rolunu oynayır. Rəsmi məlumatlara görə, Abşeronda atmosfer çirklənməsi normadan 2-3 dəfə çoxdur. Ancaq müstəqil ekspertlər idda edir ki, real vəziyyət rəsmi statistikadan daha ağırdır. Bəzən Bakıda havanın çirklənmə səviyyəsi normadan 7-8 dəfə çox olur. Lakin tez-tez əsən küləklər çirkli havanı qovaraq dağıdır bununla da havada çirkllənmə səviyyəsini aşağı salır.

Bundan əlavə külək həm alternativ enerji mənbəyidir - sərvətdir. Bu baxımdan küləklərin azalması, həm ölkənin alternativ enerji potensialının zəifləməsinə səbəb olur.

Məsələ ilə bağlı müstəqil ekoloq Telman Zeynalovla söhbətimiz zamanı o, bildirdi ki, Abşeron iqtisadi rayonunda son 20-30 il ərzində küləklərin şiddətinin azalması istiqamətinin dəyişməsi bilavasitə iqlim dəyişikliyi ilə bağlıdır: "Əvvəllər Bakıya küləklər şəhəri deyərdilər, indi artıq o küləklər yoxdur, səngiyib. Mənə elə gəlir ki, bizdə son vaxtlar həddən ziyada siklon antisiklon oyunları gedir. Hazırda Abşeron yarmadasında atmosfer siklonları davam edir. Onun əlaməti buludlu havadır. Küləklər bizdən yan keçir, buludlar bizim səmaya qovulur, bununla da yağıntıların miqdarı çoxalır. Antisklon isə buludsuz günəşli hava şəraiti ilə müşahidə edilir. Bəzən aylarla siklon, bəzən isə aylarla antisklon höküm sürür ki, bu da süni şəkildə yaradılır. Antisklon şəraitində atmosfer təzyiqi tempratur artır ki, bu da insanlarda olan bəzi xəstəlikləri şiddətləndirir. Bunların hamısı geofiziki metrioloji silahlardan istifadə etməklə süni şəkildə yaradılır".

Geofiziki metrioloji silahların varlığını Telman Zeynalov BMT-nin 26 konvensiyası ilə əsaslandırdı: "Bu silahlardan istifadə etməmək barədə dünya ölkələrinin hamısı BMT-nin 26 konvensiyasına imza atıb. Belə bir silah növü yoxdursa, üçün BMT bu silahlardan istifadə etməməkdən ötrü konfensiyalar qəbul edir, dövlətlərin üzərinə öhdəlik qoyur? Silahdan istifadəyə qadağa qoyulubsa, deməli o silah mövcuddur. Sadəcə olaraq bu silahlar partlayıcı deyil, iqlimi dəyişdirir, təbiət hadisələrini yaradır ya yaranmasına mane olur.

Məsələn, müasir dünyadan o silahlarla Ərəbistan səhralarına qar yağdırmaq, qışın ortasında Sibirdə yüksək temperaturlu hava şəraiti formalaşdırmaq, meşə yanğınları, sel daşqınlar yaratmaq mümkündür. Amma bütün bunlar ətraf mühitdə çox ciddi fəsadlar yaradır".

Yuxarıda sadalanan problemlərin özəyində süni ya təbii formada iqlim dəyişikliklərinin baş verməsinin dayandığı aydın görünür. T. Zeynalovun dediklərinə inansaq, süni iqlim dəyişikliklərinin qarşısını almaq bizim imkanlarımız daxilində deyil. BMT-nin 26 konvensiyası bunun qarşısını ala bilmirsə, deməli, bu bir ölkənin imkanları xaricindədir. Son nəticədə, bütün bunlar onu deməyə əsas verir ki, iqlim dəyişikliklərinin bir qismi, bəlkə əksəriyyəti məhz, insan fəaliyyəti ilə bağlıdır.

Konkret olaraq Abşeron iqtisadi rayonunun əsas problemi atmosfer çirklənməsidir. Abşeron atmosferinin sanitarı olan şimal küləkləri yoxdursa, onun qayğısına özümüz qalmalı olacağıq. Bunun üçün paytaxtda nəqliyyat əhali sıxlığı azaldılmalı, sənaye müəssisələri ölkənin digər iqtisadi rayonlarına köçürülməli, yarmadanın yaşıllaşdırılması daha intensiv şəkildə həyata keçrilməlidir. Bütün bu işlərin uğurlu layihələrlə həyata keçrilməsi üçün dünya təcrübəsi var. Bizim üzərimizə düşən vəzifə isə həmin təcrübəni Azərbaycana gətirməkdir.

Bu layihələr haqqında söhbət açmaq bir məqaləyə sığışmaz. Yalnız onlardan birini bir neçə cümlə ilə diqqətinizə çatdırmaq istərdik.

Pribaltika ölkələrinin bütün şəhərlərində ictimai nəqliyyatdan əhali ödənişsiz istifadə edir. Bu, şəhərlərdə nəqliyyat sıxlığını bir neçə dəfə azaldıb. Bununla həm şəhərlərdə tıxaclar aradan qalxıb, həm atmosferə atılan tullantıların həcmi əhəmiyyətli dərəcədə azalıb. Bu ölkələrdə sadəcə, dövlət büdcəsindən ətraf mühitin mühafizəsinə ayrılan vəsaitin bir hissəsi ictimai nəqliyyatın maliyyələşdirilməsinə yönəldilib.

Akif Nəsirli  

0.67885613441467