Təhlükəyə qarşı qətiyyət...
Azərbaycana İranın real təhlükəsi barədə dünya mediası yazır
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquq elmləri doktoru İlqar Altay öz Feyzbuk İranlasəhfəsində Iran-Azərbaycan münasibətlərinə dair post paylaşıb. Postun olan ictimayi marağı nəzərə alaraq olduğu kimi dərc edirik.
- Azərbaycan arasında artan gərginlik fonunda İnqilab "Keşikçiləri Korpusunun" (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib.
Bu barədə “The Middle East Monitor” portalı yazır: “Hərəkat xeyli əvvəl yaradılıb, Suriyada rəsmən bu günlərdə aktiv edilib. “Hüseynçilər”, yaxud “Hüseyniyun” İslam Respublikasının Yaxın Şərqdəki “Müqavimət oxu” kimi bilinən müttəfiqlərinin bütün simvollarına - sarı və yaşıl rənglərin birləşməsi, silah tutmuş ələ malikdir”
“Bu da mühümdür ki, Azərbaycan hökuməti İsrailin və Türkiyənin müttəfiqliyi yönündədir. Tehran əvvəllər də öz inqilabını Azərbaycana ixrac etməyə can atıb, amma əhəmiyyətli uğur qazana bilməyib", - deyə portal vurğulayır.
"İran digər Yaxın Şərq ölkələrində olduğu kimi dağıdıcı müxalif qrupları maliyyələşdirmək və ya həmin “Müqavimət oxu” çətiri altında silahlı qrupları dəstəkləməyə yönəlmiş siyasətinə də üstünlük verə bilər". (Bizim Media, Virtual az.).
Biz, SEPAH-ın xarici ölkələr üzrə "Qüds" terror bölümü komutanı Qasım Suleymaninin bizim ölkədə Hüseyniyyun, Müqavimət, "Mübarizlər" hərəkatları yaratdığını neçə illər bundan əvvəl demişik, yazmışıq, təhlil etmişik.
Gəncədəki icra başçısını vuran, iki polis polkovniki uzun "Əli xəncəri" ilə öldürən, Nardaranda iki polis zabitini avtomat silahla qətlə yetirən, "Qasım Suleymaninin əsgəriyəm" elanını edən Teleh Bağırzadə və onun rəhbərlik etdiyi hərəkat da, bu yuxarıdakı İran mənşəli və təminatlı terror təşkilatlarının nəzdindədirlər. Bizim ölkədən də xeyli gənclər ara-sıra İraq və Suriyaya aparılıb, aylarla o terror təşkilatların nəzdində təlimlər keçiblər. Bunu biz demişik, deyirik, gərək xarici mətbuat yazıb, deyəndə ayrılıb reaksiya verək?
Düşünürəm ki, vaxt itirmədən bizim aidiyyətı orqanlar qətiyyətlə hərəkətə keçməlidirlər. Bütün potensial terror, təxribat qruplaşmaları, onların havadar və dəstəkçilərini yuvalarından çıxarlb sərt formada zərərsizləşdirməsi vacibdir. Vəziyyət həqiqətən ciddidir. Cəmi 44 gündə o boyda dəstək, himayəli, ağır silah, istehkamlı erməni ordusunu darmadağın edən dövlətimizin əlində, bu molla rejim törəmələri nə müşkül işdir? Heç nə! Qətiyyət və qətiyyət!
Akif Nədirli