Görmə məhdudiyyətli, eyni zamanda kitabları audio formatda dinləməyi sevənlər üçün Azərbaycanda layihə hazırlanıb - maraqlıdır
“Audiokitab” layihəsinin əsas məqsədlərdən biri görmə məhdudiyyətli insanlar üçün mütaliənin daha da əlçatanlığının təmin edilməsidir:
”Azərbaycan klassiklərindən tutmuş, müasir yazarlarımıza qədər, eyni zamanda dünya klassikləri və müasir yazarlarından əsərlər var. Həmçinin tarixi mühazirələr var ki, professor Kərəm Məmmədovun, İlham Həsənovun öz ifalarında, həmçinin yazarlarımızın öz ifasında qəzəllər var. Uşaq ədəbiyyatı, 7, 8, 9, 10-cu siniflər üçün dərsliklər səsləndirilib. Ümumilikdə çox böyük bir çeşiddən yararlana bilərlər”.
Bu gün soydaşlarımız rahatlıqla İOS və Android platformalarında olan “Audiokitab” mobil tətbiqini yükləyib, 700-ə yaxın audiokitab və 1200-dən çox əsəri dinləyərək, layihədən yararlana bilərlər.
Mobil tətbiqlərin əsas üstünlüklərindən biri, yüklənmiş kitabları internet şəbəkəsi olmadan da dinləmək imkanının olmasıdır.